Bələdiyyə sistemində inkişafı təmin etmək üçün...
Bələdiyyələr dövlətin iqtisadi inkişaf proqramlarından kənarda qalan layihələri həyata keçirən, yerli məsələlərin həllinə sərbəst qərar vermək hüququna malik, özünüidarə edən qurumudur. Qanunvericilikdə bələdiyyələrə aid hüquqlar kifayət qədər olsa da, onların mövcud bu imkanlarından istifadəsində bəzən müəyyən məhdudiyyətlər yaradılır.
Bələdiyyələrin statusunun artırılması illərdir
günün mövzusu olsa da, hələ ki reallaşmır. Maliyyə resurslarının zəif olması ilə bağlı ayrılmış maddi vəsaitlərin Maliyyə Nazirliyi tərəfindən bələdiyyələri bir qurum olaraq bəzən tanımaması, bəzi
icra hakimiyyəti orqanlarının bələdiyyələri az qala öz bölməsi kimi halda hesab etməsi,
bələdiyyələrə bu günədək mülkiyyətə əmlak və torpağın verilməməsi, həmçinin
ən əsası xəritələrinin bələdiyyələrə hələ də
verilməməsi bələdiyyələri çıxılmaz vəziyyətə salmaqdadır.
Halbuki,
qanunla bələdiyyələrin səlahiyyətləri, öz hüquqları vardır! Bələdiyyələrin qanunauyğun
yerli özünüidarənin yaradılması prinsipləri, hüquqi, iqtisadi, maliyyə əsaslarını,
onun həyata keçirilməsi üçün dövlət təminatları müəyyənləşdirilib.
Bələdiyyələr
yerli iqtisadi inkişaf
proqramlarını sənaye, rabitə, nəqliyyat, və digər sahələrdə yerli əhəmiyyətli məsələlərini
həyata keçirmək üçün fəaliyyət göstərirlər. Onların öz mülkiyyəti və yerli büdcəsi olur və
qanunla səlahiyyətlərinə aid edilmiş
yerli əhəmiyyətli məsələlərin müstəqil
surətdə həll etmək hüquqlarına malikdirlər. Qeyd edim ki, bu qanunlar bələdiyyələrin
funksiyalarında səlahiyyətlərindən
istifadə etməyinə təminat verir.
Lakin bu səlahiyyətlərdən istifadədə bir çox
hallarda süni maneələr var. Bizim ölkəmizdə
ölkə başçısının təşəbbüsü ilə beynəlxalq səviyyədə nümunəvi bir
qurum olan, " ASAN" Xidmət
kimi möhtəşəm sistemi təsis edilib. Bu
xidmətin təcrübələrindən dünya ölkələri
öyrənir, yararlanırlar Lakin,
"ASAN" Xidmət kimi möhtəşəm bir sistemin yaradıcısı olmuş bu ölkədə bələdiyyələrimizin maddi sıxıntı səbəbindən, qurumlar tərəfindən
manrələrin yaradılması təəsüf doğurur.
Qeyd
edim ki, bələdiyyələrdə yetərincə savadlı, peşəkar, işinə fədakar yanaşan rəhbərlər,
mütəxəssislər coxdur, lakin maddi təminatlarının olmaması, bəzən işçilərin əməkhaqlarının belə vaxtında verə bilməməsi,
onların fəaliyyətlərində hər sahədə problemlər yaradır.
Respublikamızın
torpaqla bağlı ilk qərarı verən bələdiyyələr özünü maliyyələşdirən qurum kimi,
maddi təminatında hansısa qurumlardan niyə asılı vəziyətə düşməlidir?!
Maliyyə
Nazirliyi dövlət büdcəsindən 15500 000 manat vəsaitin bələdiyyələrə subvensiya layihəsi üçün
ayrılmasına baxmayaraq, bu vəsaitin onlara
verilməsinə niyə əngəllər yaradılır.
Bu gün bələdiyyələrə belə ögey, biganə
münasibətin aradan qaldıraraq, onları bu asılılıqlardan azad etmək lazımdır. Yaşadığımız dövrdə hər
bir qurumun inkişafı vacibdir!
Demək
istəyirəm ki, bələdiyyələrdə bu gün də təcrübəli, savadlı, peşəkar mütəxəssislər
coxdur və onlar yeniliklər yaratmaga həvəslidirlər
və bacarırlar da. Lakin hər yeniliyin həyata keçməsi üçün maddi vəsait lazımdır.
Bələdiyyələr isə, əməkdaşların əmək
haqlarını hər ay verə bilmirlər və bu da
bir cox hallarda bacarıqlı
kadrların itkisinə səbəb olur.
Xatırladım ki, sivil ölkələrdə bələdiyyələrin coxsaylı müxtəlif səpgili səlahiyyətləri var. Məsələn, qardaş ölkə Türkiyədə bələdiyyələrin səlahiyyətləri və maddi təminatları tam başqa cürdür Qürurvericidir ki, bütün dünya bizim " ASAN" Xidmət brendimizin təcrübəsindən yararlanır. Biz yeniliklərə imza atan bir xalq olaraq, maddi təminatı yetərincə olarsa, bələdiyyə sistemində də yenilikləri də yarada bilərik. Biz güclü və müdrik bir millət olaraq, dünyada daha da yaxşı, nümunəvi bələdiyyə işini ," ASAN" Xidmət brendini yaratdığımız kimi, yarada bilərik. Deməli, işlərimizi daha da təkmilləşdirməyi, yeniliklər yaratmagı bacarırıq və bacarmalıyıq.
Lakin hər yenilik bacarıqlı kadrlardan və maddi xərclərdən asılıdır. Bələdiyyələrin davamlı maddi durumunu daimi təmin etmək üçün, bələdiyyələrin özünü maliyyələşdirən qurum olsa da, digər orqan və qurumlar kimi dövlət büdcəsindən də əlavə maliyyələşməsi təmin olunmasına ehtiyac vardır. Qardaş Türkiyə bələdiyyələrinin faydalı təcrübəsindən səmərəli şəkildə yararlanaraq, yerli iqtisadi, sosial sahələrdə bələdiyyə büdcəsinin və bələdiyyələr üçün dayanıqlı gəlir mənbələrinin formalaşdırmaqla, bəlıədiyyə sahəsində quruculuq işlərinin həyata keçirilməkdə bu sistemin inkişafına dəstək ola bilərik.
Yalnız bu,
halda bələdiyyə sistemində
inkişafı təmin etmək olar.
Rövşanə Quliyeva
Sabiq
bələdiyyə qulluçusu
(Müəllif
28 il dövlət və bələdiyyə qulluğunda çalışıb:
Əmlak Komitəsinin arxiv-xüsusi fondlar şöbəsinin müdiri, Torpaq və Xəritəçəkmə
Komitəsində arxiv- informasiya şöbəsinidə- baş mütəxəssis, Biləcəri bələdiyyəsində ümumi şöbənin müdiri)
Rəylər
0 Rəy